Təcili satış! Yeni Günəşli qəsəbəsi, D massivində yerləşən Leninqrad layihəli mənzil satışa çıxarılıb.
10 mərtəbəli binanın 7-ci mərtəbəsində yerləşən mənzilin ümumi sahəsi 70 kv.m-dir və geniş, rahat planlı 2 otaqdan ibarətdir. Mənzil orta blokda yerləşir, yelçəkəndir və hər iki tərəfə baxışı mövcuddur.
Otaqlar olduqca geniş və işıqlıdır. Balkonlar mənzilə qatılıb və əlavə yaşayış sahəsi yaradılıb. Mənzil tam səliqəli vəziyyətdədir, rutubət yoxdur və əlavə təmirə ehtiyac qalmır.
Mənzildə rahat yaşayış üçün hər detal nəzərə alınıb: • Mərkəzi istilik sistemi
• Ehtiyat su çəni
• Reduktor və klapan sistemi quraşdırılıb
• Qışda isti, yayda isə yelçəkən olduğu üçün sərin olur
Əşyalı satışı da mümkündür. Qiymətdə real alıcı ilə razılaşma olacaq.
Əlverişli infrastruktura malik ərazidə yerləşir, yaxınlıqda məktəb, bağça, market və dayanacaq mövcuddur.